“Atamın dili tutulub, məni belə tanımır” - Ənvər Həsənovun qızı

saytların hazırlanması

Evə çatdırılma

“Atamın dili tutulub, məni belə tanımır” - Ənvər Həsənovun qızı

Mədəniyyət

22 Yanvar 2025 00:59 603


İnsult keçirən Xalq artisti Ənvər Həsənovun dili tutulub.

Yenisabah.az xəbər verir ki, bu barədə sənətçinin qızı Aytən Həsənova RTV-yə açıqlamasında bildirib:

"Atam hazırda reanimasiyadadır. Müsbətə doğru dəyişiklik yoxdur. Kəskin insult keçirib, ağır vəziyyətdədir. Özünü idarə edə bilmir. Danışığı yoxdur, dili tutulub. Tanıma qabiliyyəti də yoxdur, məni belə tanımır". Sezar pizza

Qeyd edək ki, yanvarın 10-da Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən Ə.Həsənov adıçəkilən tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülmüşdü.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!