Əməkdar artist, görkəmli xanəndə mərhum Süleyman Abdullayevin vəsiyyəti açıqlanıb.
Bu barədə Yenisabah.az-a xanəndənin oğlu Cümşüd Abdullayev danışıb.
O, atasının son arzusunun doğulduğu Füzuli rayonunun Qoçəhmədli kəndinə Prezident İlham Əliyevlə görüşmək olduğunu bildirib: pizza mizza
“Allah prezidentimizin canını sağ, özünü də şad etsin. Sağ olsun ki, bütöv Azərbaycanın müstəqilliyini qoruyur, Allah da onu qorusun.
Atam Süleyman Abdullayevin (Dədə Süleyman) son arzusu və vəsiyyəti yerinə yetdi. Kəndimizin təməli şəxsən Prezidentin özü tərəfindən qoyuldu. Atam hər zaman deyirdi ki, Allah qoysa, Qoçəhmədlidə Prezidentlə görüşəcəyəm və bunu şəxsən özünə deyəcəyəm, amma heyf ki, bu ona qismət olmadı. Rəhmətlik atam deyirdi ki, Prezidentlə görüşüb deyəcəm ki, “Siz mənim bütün arzularımı yerinə yetirmisiniz, çox sağ olun. Mənim də ürəyimdə sonuncu bir arzum var, Azərbaycan xalqı sizin uğurlu işlərinizə və ən əsası qələbənizə görə sizə “Dədə” -, deyə müraciət etsin. Bu, mənim sonuncu arzumdur və deyirəm ki, əsl Dədə İlham Əliyevdir!”
Heyif ki, bu sözləri şəxsən demək atama qismət olmadı. İndi mənim ən böyük arzum odur ki, Prezidentlə Qoçəhmədlidə görüşüm və atamın vəsiyyətini və bir neçə mühüm sənədi ona özüm çatdırım. Allah bu yolda şəhid olanlara rəhmət etsin, qazilərə can sağlığı versin”.
Qeyd edək ki, bu gün Azərbaycanda ilk dəfə Füzuli Şəhəri Günü qeyd olunur. Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.
Bu əlamətdar günün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - oktyabrın 17-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.
Əsmətxanım Rzazadə
Telegram kanalımız