Atası 16 yaşlı oğlunun meyitini tapdı: “Əlimi ürəyinə qoydum, gördüm vurmur”

saytların hazırlanması

Evə çatdırılma

Atası 16 yaşlı oğlunun meyitini tapdı: “Əlimi ürəyinə qoydum, gördüm vurmur”

Sosial

26 Avqust 2024 20:32 724


Şəmkirdə 16 yaşlı İlham Qarayev adlı oğlanı qoyun otararkən ildırım vurub.

Gənc elə hadisə yerindəcə həyatını itirib. Hadisə Şəmkir rayonunun Kamandarlı kəndi yaxınlığındakı çöllük ərazidə qeydə alınıb. Onun meyiti atası tərəfindən həmin ərazidə aşkarlanıb.

"Mən evdə idim, uşaq qoyun otarırdı. Göy guruldayanda yanına getdim. Qoyunlara çatırdım, gördüm ki, yıxılıb. Əlimi ürəyinə qoydum, qolundan tutdum, nəbzi vurmurdu. Sinəsi bütün yanmışdı, qılçalarında yaralar var idi. Şalvarı əynində cırılıb, yanmışdı", - deyə mərhumun atası deyib. pizza mizza

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!