Yüksək vəzifə verilən şəxs tanınmış yazıçının nəvəsidir -   Atası da nazir müavini olub

saytların hazırlanması

Evə çatdırılma

Yüksək vəzifə verilən şəxs tanınmış yazıçının nəvəsidir - Atası da nazir müavini olub

Siyasət

16 Mart 2026 16:00 9222


Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Aparatının yeni rəhbəri Cəmşid Əmirov məşhur nəslin nümayəndəsidir. 

“Yeni Sabah” xəbər verir ki, o, Azərbaycan ədəbiyyatında dedektiv janrın banisi olan yazıçı Cəmşid Əmirovun nəvəsidir. 

Baba Cəmşid Cabbar oğlu Əmirov 1918-ci il fevral ayının 10-da Naxçıvan şəhərində anadan olub. O, məşhur detektiv romanı olan “Qara Volqa”nın, eyni zamanda “Sahil əməliyyatı”, “Brilyant məsələsi” və “Şəhər yatarkən” kimi məşhur əsərlərin müəllifidir. Yazıçı 1982-ci il dekabrın 29-da vəfat edib.  pizza hut

MİDA Aparatının yeni rəhbəri Cəmşid Əmirovun (nəvə) atası Çingiz Əmirov da məşhur şəxsdir. Ədliyyə polkovniki Ç.Əmirov 1993-1996-cı illərdə ədliyyə nazirinin müavini - nazirliyin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin (hazırkı Penitensiar xidmətin) rəisi olub. O, 1996-cı ildə xidmət zamanı 47 yaşında vəfat edib.

Nəvə Cəmşid Çingiz oğlu Əmirov isə 1987-ci ildə Bakı şəhərində anadan olub. O, əvvəllər MİDA-nın Beynəlxalq əlaqələr və strateji planlaşdırma şöbəsinin müdiri, “MİDA” MMC-nin direktor müavini vəzifəsində çalışıb. 

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!