Atası partiyanı qızına təhvil verir?

saytların hazırlanması

Evə çatdırılma

Atası partiyanı qızına təhvil verir?

Siyasət

13 Avqust 2025 12:26 913


Ana Vətən Partiyası sədr dəyişikliyinə hazırlaşır. 

Bir müddət əvvəl Fəzail Ağamalı partiya sədrliyindən gedəcəyini açıqlamışdı. Ondan sonra kimin sədr olacağı isə maraq doğurur. Ən güclü namizəd onun qızı Günay Ağamalıdır. Ötən il parlament seçkilərində deputat seçilən Günay Ağamalının partiyada bənzər addımı atacağı gözlənilir. 

"Cebheinfo.az”-ın partiyaya yaxın mənbələrdən əldə etdiyi məlumata əsasən, Günay Ağamalı oktyabrda keçiriləcək qurultayda əsas namizəddir. Fəzail Ağamalının namizəd olmayacağı qurultayda qızının qarşısına güclü namizədin çıxacağı proqnozlaşdırılmır.  Sezar pizza

Beləliklə, G.Ağamalı parlamentdən sonra partiyada da atasını əvəz etməyə çox yaxındır. Günay Ağamalı Ana Vətən Partiyasının sədri seçiləcəyi təqdirdə deputat olan ilk xanım partiya sədri ünvanına da sahib olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    XALQA ,HEÇ BİR FAYDASI OLMAYAN, YALNIZ FƏZAİLİN AİLƏSİNƏ XİDMƏT EDƏN NÜFUZSUZ ,BİR QURUMDUR.
    9 months ago