Atasından Nəzrinə məsləhət: “Evin böyüyü kişidir”

saytların hazırlanması

Evə çatdırılma

Atasından Nəzrinə məsləhət: “Evin böyüyü kişidir”

Şou

22 Aprel 2024 17:02 2561


Xəbər verdiyimiz kimi, bu gün Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin müğənni Mərdan Kazımovla toyudur. 

Axşam.az-ın məlumatına görə, M.Eyubovanın evindən qızının gəlingötürdü mərasiminin videosu yayılıb. 

Videoda xanəndənin həyat yoldaşı Xosrov Nəcəfovun qızına xeyir-dua verməsi əks olunub.  pizza hut

"Sözə qulaq asasan, getidiyin evə ruzi aparasan. Sizin xoşbəxtliyiniz daimi olsun, mehriban olasınız. Birinizin sözü o birinin boğazından keçsin. Hamısını qızıma demişəm, güzəştə getməyi bacar. Evin böyüyü evin kişisidir. Mərdan da mənim balamdır. Şükür ki, düşündüyümüz kimi bir oğul sənə rast gəlib. Ömürboyu bir-birinizə məhəbbətiniz əskik olmasın. Hər zaman onun yaxınlarına, qohumlarına mehriban və hörmətli olasan. Sən nə qədər onlara hörmətli olsan, onlar da səni bir o qədər istəyəcək. Qızımı mən böyütmüşəm, necə olduğunu bilirəm" deyə, o bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!