Atasını güllələyərək öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Atasını güllələyərək öldürdü

Hadisə

02 Oktyabr 2023 22:24 734


Diyarbəkirin Hazro rayonunda dəhşətli hadisə baş verib.

Yenisabah.az xəbər verir ki, davamlı olaraq şiddədətə məruz qalan yeniyetmə atasını uzun lüləli tapança ilə güllələyərək öldürüb.

35 yaşlı atasını başından güllələyərək öldürən 15 yaşlı yeniyetmə həbs olunub. O, atasının ona və anasına qarşı daim zorakılıq etdiyini, buna görə də onu öldürdüyünü bildirib. Dördpendirli pizza

Atasını ağır şəkildə yaraladıqdan sonra şübhəli hadisə yerindən qaçıb. Həkimlər tərəfindən Hazro Dövlət Xəstəxanasına aparılan kişinin həyatını xilas etmək mümkün olmayıb.

Atanın cənazəsi torpağa tapşırıldıqdan bir müddət sonra qaçan yeniyetmə könüllü şəkildə polisə təslim olub. 

Araşdırmalardan sonra məhkəməyə çıxarılan yeniyetmə həbs edilib. 

Nəzrin Musayeva 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!