Atasını öldürən oğul azadlığa çıxmaq istəyir 

saytların hazırlanması

Evə çatdırılma

Atasını öldürən oğul azadlığa çıxmaq istəyir 

Kriminal

19 May 2020 15:03 928


Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə 10 il azadlıqdan məhrum edilən Şumalov Rəcəb Cahandar oğlu vaxtından tez azadlığa çıxmaq üçün Nərimanov Rayon Məhkəməsinə müraciət edib. 

“Yeni Sabah”ın məlumatına görə, Məhkəmə prosesi hakim Tural Ələkbərovun sədrliyi ilə keçiriləcək. 

Xatırladaq ki, ağır cinayət hadisəsi 2011-ci il avqust ayının 2-də gecə saat 01:00 radələrində Ataturk prospektində yerləşən mənzillərdən birində qeydə alınıb. Həmin mənzildə yaşayan Rəcəb Şümalov mübahisə zamanı Cahandar Şumalovu mətbəx bıçağı ilə qətlə yetirib. C.Şumalov aldığı xəsarətlərdən hadisə yerində keçinib. Qətli törədən R.Şümalov tutularaq istintaqa təhvil verilib. Məhkəmənin hökmü ilə R.Şumalov 11 il müddətinə azadlıqdan məhrum edilib.  Dördpendirli pizza

Azər İsrafilov

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!