Atasını yumruqla öldürdü: Məhkəmədən son qərar

saytların hazırlanması

Evə çatdırılma

Atasını yumruqla öldürdü: Məhkəmədən son qərar

Kriminal

17 Avqust 2022 17:05 971


Bakıda atasını yumruqla öldürən şəxs məhkəmə qarşısına çıxarılıb.

“Yeni Sabah” xəbər verir ki, 1983-cü il təvəllüdlü İlqar Məmmədov (soyadlar şərtidir) Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.

Hadisə 20 mart 2021-ci ildə Bakı şəhəri Xəzər rayonunda baş verib. Belə ki, yaşadıqları ünvanda zərərçəkən şəxs, Ramiz Məmmədov spirtli içki qəbul etdikdən sonra arvadı Tamilla Quliyevadan yenidən spirtli içki tələb edib.  pizza hut

Tamilla bundan imtina etdiyi üçün aralarında münaqişə yaranıb və R.Məmmədov onu döyərək müxtəlif xəsarətlər yetirib. Bunu görən oğlu İlqar atasını sakitləşdirməyə çalışarkən atasının ona qarşı işlətdiyi nalayiq ifadələrdən qəzəblənib və ona yumruqla ardıcıl zərbə vurub. Başından aldığı xəsarətlərə görə ona ixtisaslaşmış tibbi yardım olunmasa da, Tamilla ev şəraitində ağrıkəsici tibbi vasitələrdən istifadə etməklə ona ilkin yardım göstərib. Buna baxmayaraq, Ramiz hadisədən bir gün sonra beyninə qan sızması nəticəsində dünyasını dəyişib. 

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən İlqar Məmmədov ifadəsində bildirib ki, onun atası ilə arasında heç bir düşmənçilik olmayıb və onu öldürmək fikrində də olmayıb: 

“Novruz bayramı süfrəsinə əyləşmişdik. Atam özü içməsi üçün araq almışdı. Spirtli içkini qəbul etdikdən sonra anama gedib, dükandan araq alıb gətirməsini dedi. Anam da ona bu qədər çox içməklə canına qəsd etdiyini və araq almayacağını dedi. Atam bundan əsəbiləşib anama söyüş söyməyə başladı. Atamı sakitləşdirmək istəsəm də, məni itələyib stolun üstündəki boşqabı götürüb anamın başına çırpdı. Anamın alnının qanadığını görüb özümü itirdim və atamın gözünə yumruq vurdum”. 

İ. Məmmədov məhkəmənin hökmü ilə 5 il müddətində azadlıqdan məhrum edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!