Aprelin 6-dan 7-nə keçən gecə Şəmkirdə ailə münaqişəsi zəminində atası tərəfindən evin yandırılması nəticəsində ağır yanıq xəsarəti oğulu həyatını itirib.
Yenisabah.az xəbər verir ki, 32 yaşlı Vəliyev Əkbər Vəli oğlu Bakıda xəstəxanalardan birində dünyasını dəyişib.
Qeyd edək ki, hadisə aprelin 6-dan 7-nə keçən gecə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb. Kənd sakini, 1963-cü il təvəllüdlü Yaqubov Vəli Əkbər oğlu münaqişəsi zəminində evə benzin tökərək yandırıb. Bu zaman onun ailə üzvləri – 54 yaşlı həyat yoldaşı Nüşabə Yaqubova, oğlu - 32 yaşlı Əkbər Vəliyev, gəlini - 32 yaşlı Nərgiz Hüseynova və azyaşlı nəvəsi - 4 yaşlı Banu Vəliyeva yanıq xəsarətləri alıb. Onlar vəziyyətləri ağır olduğundan TTYX briqadası ilə Bakı şəhərində gətiriliblər. pizza hut
Aprelin 7-də hadisəni törədən 57 yaşlı V. Yaqubov Şəmkir Rayon polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. /APA
Telegram kanalımız