Kipr Respublikasının Prezidenti Nikos Anastasiadis təhsil naziri Prodromosla ada dövlətdə yaranmış qalmaqalı müzakirə edib.
Yenisabah.az "Financial Mirror"a istinadla xəbər verir ki, söhbət dərsliklərdən Mustafa Kamal Atatürkün müsbət şəkildə qeyd edildiyi səhifəni qoparıb cırmaq tövsiyəsindən gedir.
Kipr orta məktəblərinin ikinci sinifləri üçün nəzərdə tutulan İngilis dili dərsliyində Atatürklə bağlı material yer alıb. pizza
Təhsil Nazirliyi müəllimlərə həmin səhifəni qoparmaq barədə təlimat göndərib.
Qalmaqal bir İngilis dili müəlliminin “Facebook”da Təhsil Nazirliyindən dərsliyin 36-cı səhifəsində ("təhqiredici səhifə") iki ev tapşırığını çıxarmağı tələb edən təcili təlimat barədə statusdan başlayıb.
Tapşırıqların birində meksikalı rəssam Frida Kalonun adı çəkilib. Digərində Atatürk xatırlanıb. Üstəlik, sonuncu şəxs "Türkiyənin ən böyük qəhrəmanı" adlandırılıb.
Nazirliyin göstərişi, fikir ayrılığına baxmayaraq, əksər sosial şəbəkə istifadəçilərinin mənfi təpkisinə səbəb olub.
Sonradan aydınlaşıb ki, Atatürkü xatırladan tapşırıq Kipr lisey şagirdlərinin son illərində kimin əsl qəhrəman olduğu, kimin olmadığı ilə bağlı tənqidi düşüncəni inkişaf etdirmək niyyətinin bir hissəsi imiş.
Ötən Çərşənbə günü Təhsil Nazirliyi dərsliyin məktəb proqramından müvəqqəti olaraq çıxarıldığını açıqlayıb.
Türkiyənin ilk prezidenti "liderlik keyfiyyətləri modeli" olaraq təqdim edildiyi üçün nazirlik dərsliyin qiymətləndirilməsini qəbuledilməz adlandırıb.
Açıqlamada "Atatürkün və “Gənc Türklər”in adlarının “ermənilərin soyqırımı”, eləcə də “Pont və assur soyqırımı”, eləcə də İzmirdə və digər yerlərdə ellinizmin ləğv edilməsi" kimi cinayətlərlə sinonim olduğu bildirilir".
Təhsil Nazirliyinin dərsliyi geri götürmə qərarına cavab olaraq Türkiyə Xarici İşlər Nazirliyi bu addımı "anaxronist, düşmən və qəbuledilməz mövqeyini" şiddətlə qınayıb.
Telegram kanalımız