İstanbul şəhərinin meri Əkrəm İmamoğlu bir neçə gün əvvəl Tvitter səhifəsində Türkiyədə yaşayan erməniləri Pasxa bayramı münasibəti ilə təbrik edib. O, bayramın birlikdə arxada qoyacaqları çətin günlərdən sonra gələcəyini deyib.
Məlum olduğu kimi, Türkiyə prezidenti Ərdoğanın sözçüsü İbrahim Kalın da ötən gün Türkiyə tərəfindən Ermənistana koronavirusla mübarizə çərçivəsində tibbi ləvazimatlarla bağlı yardım göstəriləcəyini açıqlayıb. Bu hadisə, həmçinin Əkrəm İmamoğlunun təbrikinin üst-üstə düşməsi istər-istəməz bəzi suallar yaradır. Görəsən, merin bu addımı siyasi azlığa hörmətdir, yoxsa arxasında siyasi məsələlər dayanır?
Politoloq Natiq Miri Yenisabah.az-a açıqlamasında Əkrəm İmamoğlunun statusunun heç də təəccüblü olmadığını bildirib: “O, zaman-zaman Türkiyə düşməni olan bütün dövlətlərə, sosial qruplara dəstək verib, hətta Türkiyə düşməni sayılan Yunanıstana belə ciddi dəstəklər verdiyini göstərib, bu da toplumda xoş qarşılanmayıb. Bu gün heç kimə sirr deyil ki, Atatürkün yaratdığı Cümhuriyyət Xalq Partiyası qərbin cəsus yuvasına çevrilib. Onların müdafiə etdiyi Əkrəm İmamoğlu qərbin və qərbdə olan bir çox maliyyə şəbəkələrinin əlində bir geosiyasi alət olaraq istifadə olunur. İmamoğlu 2023-cü ildə Rəcəb Tayyib Ərdoğana qarşı prezidentlik iddiasında olacaq. Bu da göstərir ki, qlobal güclər Əkrəm İmamoğlunu dəstəkləmək fikrindədirlər. Məhz bu kontekstdə AKP-ni parçalaya biləcək bir neçə şəxsin AKP-dən çıxandan sonra partiya yaratması AKP-ni parçalamağa hesablanmış variantlar idi. Nəticə etibarilə AKP-ni zəiflədib 2023-cü ildə qərbin AKP hakimiyyətini dəyişmək planını həyata keçirməyə çalışırlar. Burada əsas maşa alət rolunda çıxış edən Əkrəm İmamoğludur, bu heç kimə sirr deyil. O baxımdan onun ermənilərlə bağlı açıqlamasını normal qarşıladım”. pizza sifarişi
Natiq Mirinin sözlərinə görə, qlobal güclər istəsə, Əkrəm İmamoğlu sabah ermənilərə atam-anam deyə də müraciət edə bilər. Bu həm də Türkiyədə olan ermənilərə onun tərəfindən verilən bir mesajdır.
Sayad Həsənli
Telegram kanalımız