Atəş açaraq afroamerikalının ölümünə səbəb olan polis işdən qovulub

saytların hazırlanması

Evə çatdırılma

Atəş açaraq afroamerikalının ölümünə səbəb olan polis işdən qovulub

Dünya

14 İyun 2020 10:37 928


ABŞ-ın Atlanta şəhərində cümə günü afroamerikalı Reyşard Bruksun saxlanılması zamanı atəş açaraq onun ölümünə səbəb olan polis əməkdaşı işdən azad edilib.

Yenisabah.az xəbər verir ki, R. Bruksun saxlanılması əməliyyatında iştirak edən ikinci polis əməkdaşı isə operativ işdən kənarlaşdırılıb.

Qeyd edək ki, cümə günü axşam saatlarında Corciya ştatının Atlanta şəhərində polis əməkdaşları “Wendy's” restoranı yaxınlığında sərxoş vəziyyətdə avtomobildə olan R. Bruksu saxlamağa cəhd ediblər. R. Bruks polisə müqavimət göstərib, polis ona qarşı elektroşok tətbiq etmək istəyən zaman isə aparatı ələ keçirib. Daha sonra afroamerikalı polisə qarşı elektroşok tətbiq etmək istəyib. Bu zaman polis əməkdaşlarından biri R. Bruksa bir neçə dəfə atəş açıb. Xəstəxanaya yerləşdirilən R. Bruks həyatını itirib. pizza sifarişi

Baş verən olayla bağlı Atlanta şəhər polis idarəsinin rəisi Grik Şilds istefa verib. Şənbə günü Atlantada polisə etirazla bağlı aksiyalar başlayıb. (Lent.az)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!