“Atəşkəs elan olunandan bəri Azərbaycan tərəfindən bütün artilleriya atəşi dayandırılmışdır. Bu, birincisi. İkincisi, biz işğal olunmuş ərazilərdə istənilən şəhərdə və ya kənddə qəsdən mülki şəxsləri heç vaxt atəşə tutmuruq. Bizim hədəflərimiz yalnız hərbi qurğular idi. Bizim hərbi hədəflərimiz çox diqqətlə müəyyən olunmuşdur”.
Yenisabah.az xəbər verir ki, bu barədə Prezidenti İlham Əliyev oktyabrın 14-də “France 24” televiziya kanalına müsahibəsində bildirib.
Prezident deyib ki, Azərbaycan yalnız vətəndaşlarının, o cümlədən əsgərlərinin həyatına təhlükə olan hədəfləri vurur: pizza sifarişi
“Əfsuslar olsun ki, ermənilər insanların yaşadığı şəhər yerlərində hərbi qurğuları yerləşdirmək taktikasından istifadə edirlər, biz də özümüzü müdafiə etməli idik. Lakin atəşkəs müəyyən olunandan bəri biz ona sadiq idik, ancaq Ermənistan atəşkəsi pozdu, odur ki, biz cavab verməli idik”.
Telegram kanalımız