Atəşkəs rejimi ilə bağlı Rusiyadan   İLK AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Atəşkəs rejimi ilə bağlı Rusiyadan İLK AÇIQLAMA

Dünya

11 Noyabr 2020 14:59 1513


Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatları dayandırıb.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəisi Sergey Rudskoy bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, hər iki ölkənin silahlı qüvvələrinin bölmələri tutduqları mövqelərdə qalıblar. Marqarita pizza

S.Rudskoy bildirib ki, Qarabağda sülhməramlı vəzifələrin həyata keçirilməsində ordu aviasiyası və PUA komplekslərindən istifadə ediləcək. Onun sözlərinə görə, münaqişə zonasına göndərilən Rusiya sülhməramlılarının demək olar hamısı Suriya təcrübəsinə malikdir. (Report)

Sergey Rudskoy deyib ki, Rusiyanın göndərdiyi sülhməramlı qoşunlar Qarabağın Laçın dəhlizini nəzarətə götürüblər: “Hazırkı mərhələdə Rusiya Silahlı Qüvvələri kontingentinin ön bölmələri Laçın dəhlizi və Laçın – Turşsu (Şuşa rayonu) yolu sahəsində müvəqqəti nəzarət məntəqələri quraraq nəzarəti altına alıb”, - o qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!