“Atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil” - İlham Əliyev

saytların hazırlanması

Evə çatdırılma

“Atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil” - İlham Əliyev

Siyasət

15 Oktyabr 2020 05:19 920


“Atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əks halda, Ermənistan üstünlüyə malik olacaq və öz məqsədinə çatacaq. Əslində, onlar elə bunu etməyə çalışırlar”.

Yenisabah.az xəbər verir ki, bu barədə Prezidenti İlham Əliyev oktyabrın 14-də “France 24” televiziya kanalına müsahibəsində bildirib.

Prezident vurğulayıb ki, Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin işğaldan  azad etdiyi əraziləri geri götürməyə cəhd edir: pizza mizza

“Xüsusilə onlar Hadrut şəhərini geri götürməyə cəhd ediblər. Lakin uğursuzluğa düçar oldular. Mənim onlara məsləhətim belədir və mən artıq Ermənistan hökumətinə və həmçinin Ermənistan xalqına açıq şəkildə mesajımı ünvanlamışam ki, onlar azad edilmiş əraziləri geri götürmək cəhdlərini dayandırmalıdırlar. Bu, yalnız yeni qurbanlara səbəb olacaq və qan tökülməsinə gətirib çıxaracaqdır”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!