“Atəşkəsin elan olunmasına baxmayaraq Ermənistanın atəşkəsi pozması onu göstərir ki, onlar bundan istifadə edib öz vəziyyətlərini düzəltmək istəyirlər”.
Yenisabah.az xəbər verir ki, bu fikirləri Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bildirib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə baş tutan Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşündə tərəflər humanitar atəşkəsə nail oldular. Bu atəşkəs isə ölənlərin cəsədlərinin döyüşlər gedən ərazidən çıxarılması üçündür. Marqarita pizza
“Bundan sonra da Ermənistan Qarabağ barədə nə isə edə biləcəyini düşünməməlidir. Bütün bu tələblər ortadadır. Azərbaycan bu tələblərindən geri çəkilməyib. Cənab Prezidentin də dediyi kimi Qarabağ Azərbaycandır. Azərbaycan bu zəfəri cəng meydanında qazanıb.
Siyasətçi qeyd edib ki, atəşkəsin elan olunmasına baxmayaraq Ermənistanın atəşkəsi pozması onu göstərir ki, onlar bundan istifadə edib öz vəziyyətlərini düzəltmək istəyirlər.
“Amma onlar məqsədlərinə nail ola bilməyəcəklər, çünki Azərbaycan cavab atəşi ilə azad etdiyi torpaqları qoruyur və düşməni geri oturdur. Odur ki, atəşkəsin daimi olduğunu düşünənlər fikirlərində yanılırlar. Azərbaycan öz tələblərindən geri çəkilmir və çəkilməyəcək”. /Ölkə.az
Telegram kanalımız