“Atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərindədir“ - XİN

saytların hazırlanması

Evə çatdırılma

“Atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərindədir“ - XİN

Rəsmi

14 İyul 2021 14:08 744


14 iyul 2021-ci il tarixində Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub və nəticədə bir hərbi qulluqçumuz yaralanıb.

Yenisabah.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.

"Son günlərdə Ermənistan tərəfinin ardıcıl şəkildə Azərbaycan mövqelərini atəşə tutaraq, bölgədəki kövrək sülhü pozmaq cəhdlərini qətiyyətlə qınayırıq. Marqarita pizza

Azərbaycanın bölgədə sülh, əməkdaşlıq və dayanıqlı inkişafı təmin etmək istiqamətində addımlar atdığı bir vaxtda Ermənistanın bu kimi destruktiv yanaşma nümayiş etdirməsi qəbuledilməzdir",-deyə XİN-in məlumatında bildirilib.

XİN bəyan edib ki, bölgədə vəziyyətin bu şəkildə inkişafının bütün məsuliyyəti Ermənistanın üzərindədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!