“Dağlıq Qarabağ və Abxaziyada bu yaxınlarda keçirilmiş seçkilər qanunsuz və ictimai səhiyyəyə əlavə təhlükə yarada biləcək tədbirdir”.
Yenisabah.az xəbər verir ki, bu fikirlər ATƏT Parlament Assambleyasının (PA) yaydığı bəyanatda əks olunub. Qurumun prezidenti Georgi Sereteli isə bildirib ki, ölkələr koronavirus pandemiyasının qarşısını almağa çalışdığı vaxtda ATƏT regionunda hələ də münaqişələr tüğyan edir.
O, münaqişə tərəflərini BMT-nin baş katibi Antoniu Quterreşin atəşkəs çağırışına əməl etməyə dəvət dəvət edib: Toyuqlu pizza
“Dünya COVID-19 pandemiyası ilə mübarizə apardığı bir vaxtda silahlı münaqişələr bu səyləri çətinləşdirə bilər. ATƏT regionuna Cənubi Qafqazda, Ukraynanın şərqində və başqa yerlərdəki münaqişələr təsir edir. Bu gün COVID-19-a qarşı birgə mübarizəyə səfərbər ola bilməyimiz üçün bütün tərəfləri BMT-nin atəşkəs çağırışına əməl etməyə dəvət edirəm”. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında martın 31-də qanunsuz seçki keçirilib. Beynəlxalq ictimaiyyət isə bu “seçkiləri” rədd edib.
Telegram kanalımız