ATƏT-in Minsk qrupu növbəti bəyanat yaydı

saytların hazırlanması

Evə çatdırılma

ATƏT-in Minsk qrupu növbəti bəyanat yaydı

Siyasət

16 İyul 2020 02:11 908


ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Azərbaycanla Ermənistan arasındakı sərhəddə vəziyyətlə bağlı növbəti bəyanat veriblər.

Yenisabah.az xəbər verir ki, həmsədrlər bəyanatda sülh prosesinin bərpasına əlverişli atmosfer yaratmağın zəruriliyini vurğulayıblar.

Qeyd olunub ki, tərəflər kəskin ritorikadan və bölgədəki vəziyyəti dəyişdirməyə çalışmaqdan çəkinməlidir. pizza

Bildirilib ki, həmsədrlər Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin yaxın zamanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının vacib tərəfləri ilə bağlı əsaslı danışıqlar aparmasının təsdiqlənməsini alqışlayır və ATƏT müşahidəçilərinin vəziyyət imkan verdiyi zamanda bölgəyə qayıtmasının vacibliyini vurğulayıblar.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!