ATƏT Nazirlər Şurasının 27-ci sessiyasının vaxtı açıqlanıb

saytların hazırlanması

Evə çatdırılma

ATƏT Nazirlər Şurasının 27-ci sessiyasının vaxtı açıqlanıb

Hadisə

18 Noyabr 2020 14:24 731


ATƏT Nazirlər Şurasının 27-ci sessiyasının keçiriləcəyi vaxt açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə ATƏT-in saytında məlumat verilib. 

Bildirilib ki, COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olun məhdudiyyətlərə görə ATƏT Nazirlər Şurasının 27-ci sessiyası bu ilin 3-4 dekabr tarixlərində videokonfrans formatında keçiriləcək.  Dominos pizza

Tədbir ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş naziri Edi Ramanın dəvəti ilə baş tutacaq.

Qeyd edək ki, Nazirlər Şurası ATƏT-in əsas qərarvermə və idarəetmə orqanıdır. İllik toplantı ATƏT-ə üzv 57 dövlətin xarici işlər nazirləri üçün Avroatlantik və Avrasiya bölgəsindəki təhlükəsizliyi və təşkilatın bütün fəaliyyətini nəzərdən keçirmək və qiymətləndirmək üçün fürsətdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!