ATƏT sədri bu səbəbdən Azərbaycana gəlmədi

saytların hazırlanması

Evə çatdırılma

ATƏT sədri bu səbəbdən Azərbaycana gəlmədi

Siyasət

14 Oktyabr 2025 15:26 3994


ATƏT sədrinin Azərbaycana səfərinin təxirə salınmasının səbəbi məlum olub.

"Yeni Sabah"ın xəbərinə görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin bölgəyə səfəri Azərbaycan Respublikasından başlamalı idi.

"Bu səfər 13 oktyabr tarixinə nəzərdə tutulmuşdu. Lakin cənab Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitinə dəvət edilməsi və onun, habelə rəhbərlik etdiyi nümayəndə heyətinin sammitdə iştirak etməsi səbəbindən qeyd edilən səfər təxirə salındı. Hazırda Finlandiya xarici işlər nazirinin ölkəmizə səfərinin yeni tarixləri üzərində iş aparılır", - XİN rəsmisi vurğulayıb.  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!