ATƏT təmsilçisindən Azərbaycan və Ermənistana çağırış

saytların hazırlanması

Evə çatdırılma

ATƏT təmsilçisindən Azərbaycan və Ermənistana çağırış

Rəsmi

12 Yanvar 2022 10:26 661


"Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Bakı və İrəvanı güc tətbiqindən çəkinməyə və mənalı dialoqa başlamağa çağırır".

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Polşanın ATƏT-dəki daimi nümayəndəliyinin ikinci katibi Bartoş Kempinski bildirib.

"Biz Cənubi Qafqazdakı vəziyyəti diqqətlə izləyirik. Azərbaycan və Ermənistanı güc tətbiq etməkdən çəkinməyə və Dağlıq Qarabağla bağlı mübahisənin həlli üçün mənalı dialoq aparmağa çağırırıq. Polşa ATƏT-in fəaliyyətdə olan sədri kimi, regionda sülhün və davamlı inkişafın təmin edilməsi istiqamətində səylərimizi yeniləmək və gücləndirmək üçün tərəfdaşlarla işləmək niyyətindədir”, - deyə Polşa nümayəndəsi qeyd edib. pizza sifarişi

O, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağ nizamlanması üzrə səylərini dəstəklədiyini açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!