Atiye Ladi Qaqanı məhkəməyə verir

saytların hazırlanması

Evə çatdırılma

Atiye Ladi Qaqanı məhkəməyə verir

Şou

13 Fevral 2025 14:35 233


Türkiyəli məşhur müğənni Atiye dünyaca tanınmış ulduz Lady Qaqanı plagiat iddiası ilə məhkəməyə verməyə hazırlaşır.

Yenisabah.az xəbər verir ki, bu barədə haber global məlumat yayıb.

Keçən il üçüncü dəfə ana olma sevincini yaşayan Atiye və onun həyat yoldaşı, musiqi prodüseri Erol Sebebci dünən gecə qatıldıqları bir filmin qalasında jurnalistlərin suallarını cavablandırıblar. Dominos pizza

Erol Sebebci "Magazin Burada"ya verdiyi açıqlamada məsələdən ilk dəfə pərəstişkarları vasitəsilə xəbərdar olduqlarını bildirib:

"Biz əvvəlcə bunu eşitməmişdik. Bənzərliyi bizə fanatlar xəbər verdi. Hər iki mahnının adı "Abracadabra"dır, amma sadəcə ad yox, musiqidə də oxşarlıq var... Mən bu məsələyə qarışmaq istəmirəm, amma işlə hüquqşünaslar və mütəxəssislər məşğul olur. Siz nə qədər bilirsinizsə, biz də o qədər bilirik. Mənim təxminimcə, əvvəlcə qarşı tərəflə uzlaşmağa çalışacaqlar."

.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!