Atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələndi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələndi - Fotolar

Rəsmi

29 May 2022 23:41 971


Atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması, eləcə də yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülərin müəyyən edilməsi  məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə nəzarət-profilaktik tədbir keçiriblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki,keçirilən tədbirlər zamanı 50-yə yaxın nəqliyyat vasitəsi saxlanılaraq xüsusi cihazlar vasitəsilə onlardakı zərərli qazların miqdarı yoxlanılıb və bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub.  Pepperoni pizza

Polis əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.  

Həmçinin, digər yol hərəkəti qaydalarını pozan şəxslər də yol polisi tərəfindən müəyyən olunub və ümumilikdə 20 sürücü barəsində inzibati protokol tərtib edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!