Attestasiya Komissiyası polkovnikə alimlik dərəcəsi vermir   – Məhkəmə olacaq

saytların hazırlanması

Evə çatdırılma

Attestasiya Komissiyası polkovnikə alimlik dərəcəsi vermir – Məhkəmə olacaq

Sosial

10 Aprel 2020 10:28 929


Daxili İşlər Nazirliyinin tibb xidməti polkovnik-leytenantı Həsənov Emin Ağalar oğlu Azərbaycan Respubliksaı Prezidenti yanında Ali Attestasiya Komissiyasını məhkəməyə verib. 

“Yeni Sabah”ın məlumatına görə, məhkəmə prosesi Bakı İnzibati Məhkəməsinin hakimi Miminat Hacıbəyovanın sədrliyi ilə keçiriləcək. 

Qeyd edək ki, Həsənov Emin Ağalar oğlu 1997-ci ildən DİN-nin A.Heydərov adına Respublika Hospitalın Stomatoloqiya Şöbəsinin rəisi vəzifəsində çalışır. Azərbaycan Tibb Universitetin “Ağız və üz çənə cərrahiyyəsi” kafedrasının disertantıdır.  Toyuqlu pizza

Emin Həsənovun “Yeni Sabah”a verdiyi açıqlamaya görə, Azərbaycan Respubliksaı Prezidenti yanında Ali Attestasiya Komissiyası artıq 5 ildir ki, onun tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini vermir: “Elə bu səbəbdən də onları verdim məhkəməyə. Ancaq karantin rejimi ilə əlaqədar aprel ayının 14-nə təyin olunan məhkəmə prosesi keçirilməyəcək, başqa vaxta təxirə salınacaq”.

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!