ATU-nun tələbəsi itkin düşdü

saytların hazırlanması

Evə çatdırılma

ATU-nun tələbəsi itkin düşdü

Kriminal

14 May 2021 13:45 1128


Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin 3-cü kurs tələbəsi itkin düşüb.

Yenisabah.az xəbər verir ki, Şabran rayon sakini Hüseynov İlkin Saleh oğlu mayın 11-də Bakıdan Şabrana gedərkən yoxa çıxıb.

İ. Hüseynovun atası Saleh Hüseynov bildirib ki, İlkin sonuncu dəfə may ayının 11-isaat 14:40-da onlarla əlaqə saxlayıb, bundan sonra ondan heç bir xəbər ala bilmirlər: “İlkin sonuncu dəfə mayın 11-də saat 14.40-da Bakıdan yaşadığı Şabrana gedərkən nənəsi ilə danışıb, Siyəzən rayon ərazisində yerləşən Xızır Zində pirinin yaxınlığında olduğunu bildirib və 20 dəqiqəyə evə çatacağını deyib. Ondan sonra bir daha İlkinin telefonuna zəng çatmayıb”. (APA) Marqarita pizza

AzTU-dan bildirib ki, İlkin Hüseynov sonuncu dəfə mayın 8-də onlayn dərslərdə iştirak edib.

Hazırda faktla bağlı polis tərəfindən araşdırma aparılır.

İlkin Hüseynovu görən şəxslərdən 050 479 11 08 nömrəsinə zəng etmələri xahiş olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!