“Qələbə qazanmaq üçün son dəqiqələrdə bir balaca təcrübə çatmadı”.
Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsində İrlandiya ilə keçirilən oyundan sonra deyib.
Komandamız A qrupunun V turu çərçivəsində Dublində baş tutan matçda qələbəni son anda əldən verərək, heç-heçə ilə barışıb – 1:1. pizza
Qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında italiyalı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Oyunumuzda inkişaf görünür. Rəqibi çətin vəziyyətlərə saldıq. Onlar ikinci hissədə əvəzləmələrə əl atmalı oldu. Bizə də yeni güc lazım oldu, dəyişikliklər etdik. Buraxılan qol epizodunda topun aut xəttini keçdiyi açıq-aşkar görünürdü. Əgər bu, qeydə alınsaydı, indi başqa şeydən danışardıq”./APA
Telegram kanalımız