Avarçəkənimiz universiadada bürünc medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Avarçəkənimiz universiadada bürünc medal qazandı

İdman

07 Avqust 2023 12:10 1472


Avarçəkənlərimizin Çinin Çendu şəhərində təşkil olunan tələbələrin XXXI Yay Universiadasındakı çıxışları uğurlu nəticə ilə yadda qalıb.

Yenisabah.az xəbər verir ki, birnəfərlik akademik avarçəkmə qayığında 2000 metr məsafədə yarışan Bəhmən Nəsiri təsnifat və yarımfinal mərhələsini birinci yerdə başa vuraraq A finalında yarışmaq hüququ qazanıb.

Nəsiri həlledici yürüşdə də inamlı çıxış edib. İdmançımız son ana qədər çempionluq uğrunda mübarizə aparıb. Yekunda qaliblər fotofinişlə müəyyən edilib. Bəhmən Nəsiri az fərqlə üçüncü yer tutaraq bürünc medala sahib olub.  Pepperoni pizza

Eyni növdə yüngül çəkidə mübarizə aparan Ziya Məmmədzadə isə B finalında üçüncü nəticə göstərib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!