Aviaşirkətin işçiləri maaş azlığına görə etiraz aksiyası keçirdilər: Küçədə soyundular - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Aviaşirkətin işçiləri maaş azlığına görə etiraz aksiyası keçirdilər: Küçədə soyundular - Fotolar

Dünya

21 Oktyabr 2021 19:10 1198


İtalyan aviaşirkəti "Alitalia"nın onlarla işçisi Roma meydanında etiraz aksiyası keçirib.

Yenisabah.az xəbər verir ki, həm aviaşirkətin bağlanmasına, həm də yeni yaradılan şirkətin (İTA) 10 min işçisindən 3 mininin aşağı əmək haqqı almasına etiraz edənlər geyimlərini, hündürdaban ayaqqabılarını çıxarıb, "Biz "Alitalia"yıq” deyərək qışqırıblar. 

Aksiyada təxminən 50-yə yaxın keçmiş işçi gecə geyiminə bənzər paltarla aviaşirkətin qərarına diqqət çəkib. Marqarita pizza

Qeyd edək ki, uzun illərdir maliyyə böhranı ilə üzləşən və COVID-19 pandemiyasının təsirsiz ötüşmədiyi İtaliyanın 75 illik "Alitalia” aviaşirkəti oktyabrın 15-dən etibarən fəaliyyətini dayandırıb. İtaliyanın yeni hava yolu şirkəti olan "ITA” varisi "Alitalia”dan daha kiçikdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!