“Avokado beyinli qocalar!” - Aktyordan kinayəli sözlər

saytların hazırlanması

Evə çatdırılma

“Avokado beyinli qocalar!” - Aktyordan kinayəli sözlər

Şou

06 Mart 2024 16:55 782


Aktyor Əlixan Rəcəbov instaqramda tənqidi paylaşımlar edib.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, bununla bağlı videolar çəkən sənətçi bir neçə quruma müraciət ünvanlayıb:

“Üzümü tuturam Mədəniyyət Nazirliyinə, İncəsənət Universitetinin bütün pedaqoji heyətinə və kino fondlarına. Hansılar ki, Azərbaycan kinosunun inkişafı üçün çalışırlar. 2010-cu ildə Aviasiya Akademiyasının məzunu olmuşam. İncəsənətlə əlaqəm yoxdur, həvəsdən başqa. Bir çox filmdə iştirak edib, 10-dan çox qısa metrajlı film çəkmişəm. Buna baxmayaraq mənimlə paralel təhsil alan rejissorlar, aktyorlar işsizdir. Çünki kişmiş, avokado beyinli qocalar onları həvəsdən salıb, ümidlərini qırıb. Hörmət etməyib.  pizza mizza

Fikirləşiblər ki, onlar etdiyini biz gənclər edə bilmərik. Beş qat artığını edərik. Yetər ki, boş-boş danışmayasınız. Biz gənclərə dəstək olasınız. Siz isə danışmağı seçirsiniz. Belədirsə, məhəllədən 10 nəfər yollayım, yığışın bir yerə, tum yeyə-yeyə danışın. Onsuz işinizin adı nədir? Bizim kinonu özəl sektor ayağa qaldıracaq. Bu günə kimi adını çəkdiyim qurumlardan dəstək görməmişəm. Bundan sonra da istəmirəm, qoyun, bizə enerji içkiləri, ya da digər şirkətlər dəstək olsun, kinomuzu çəkək. Mədəniyyət Nazirliyindən almadığım dəstəyi Daxili İşlər Nazirliyindən aldım. Bir neçə işimizdə bizə yetərincə dəstək oldular. Özəl şirkətlərə, sahibkarlara və bütün işlərimizdə yanımızda olanlara təşəkkür edirəm. Çox sağ olun ki, bizə inanırsız”.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!