“Avqustun 19-da Zabuxdakı ermənilərin suyu,  20-də isə işığı kəsiləcək…” - “Azadlıq”

saytların hazırlanması

Evə çatdırılma

“Avqustun 19-da Zabuxdakı ermənilərin suyu, 20-də isə işığı kəsiləcək…” - “Azadlıq”

Rəsmi

13 Avqust 2022 19:45 8489


İndiyə qədər heç bir erməni Laçın və Zabuxdan ayrılmayıb, amma çox vaxt yoxdur. 12 gündən sonra ermənilər Laçın dəhlizinin yaşayış məntəqələrini tərk etməlidirlər. Artıq Zabuxdakı ermənilərə avqustun 19-da suyun, avqustun 20-də isə işığın kəsiləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Yenisabah.az xəbər verir ki, ABŞ-ın “Azadlıq” radiosunun “Azatutyun”- erməni redaksiyasının reportajında belə deyilir.

Artıq Beynəlxalq Qırmızı Xaç Komitəsi  Xankəndindəki separatçı rejimin vəd etdiyi məbləği Laçın və Zabuxdakı haylara verib. Hər ailəyə 250.000 dram(təxm. 993 AZN), tənhalara  isə 125.000 dram(təxm.496 AZN) verilib. Bu məbləğ köçürülmə tədbirinin təşkili üçün nəzərdə tutulub. Toyuqlu pizza

“Burada daşınmaz əmlakı olan, lakin əslində burada yaşamayan adamlara, yəqin ki, biz onlara yalnız yanacaq verməklə kömək edəcəyik”, – deyə  qondarma "Kaşataq" administrasiyasının rəhbəri Muşeq Alaverdyan bildirib.

Onun sözlərinə görə, yaxın aylarda  köçkünlərin ailələrinə adambaşına 70 min dram(278 AZN) məbləğində yardım göstəriləcək.Hafta.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!