AVRO-2020: Bakıdakı son oyunun hakimi məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

AVRO-2020: Bakıdakı son oyunun hakimi məlum oldu

İdman

01 İyul 2021 12:30 1266


AVRO-2020-nin 1/4 final mərhələsinin hakim təyinatları açıqlanıb.

Yenisabah.az xəbər verir ki, turnirin Bakıda keçiriləcək son matçını idarə edəcək referi də müəyyənləşib.

İyulun 3-də Bakı Olimpiya Stadionunda baş tutacaq Çexiya – Danimarka görüşünü niderlandlı Byörn Kuypers idarə edəcək. Ona həmyerliləri Sander van Roekal və Ervin Zeynstra köməklik göstərəcəklər. Pepperoni pizza

Rusiyalılar Sergey Karasyov və İqor Demeşko müvafiq olaraq 4-5-ci hakim funksiyasını icra edəcəklər.

VAR hakimi Pol van Boekel (Niderland) olacaqsa, ona həmyerlisi Kevin Blom, həmçinin İtaliyadan Filippo Meli ilə Massimiliano İrrati kömək edəcək. Matçın hakim inspektoru isə rusiyalı Nikolay Levnikov olacaq.

Qeyd edək ki, Çexiya – Danimarka oyunu saat 20:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!