AVRO-2020: Bakıya gələcək ikinci yığma müəyyənləşir

saytların hazırlanması

Evə çatdırılma

AVRO-2020: Bakıya gələcək ikinci yığma müəyyənləşir

İdman

27 İyun 2021 09:39 1123


Bu gün futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.

Yenisabah.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma gerçəkləşəcək.

Baş tutacaq qarşılaşmalardan sonra 1/4 final mərhələsinin ilk iki cütlüyü də müəyyənləşəcək. Toyuqlu pizza

Günün ilk matçı Budapeştdə olacaq. Yer aldığı qrupu maksimum nəticə ilə başa vuran Niderland Çexiyanı sınağa çəkəcək. Bu görüşün azərbaycanlı azarkeşlər üçün önəmi daha böyükdür. Çünki qalib gələcək komanda 1/4 finalda Danimarka ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.

Erkən finallardan sayılan cütlükdə Belçika ilə son çempion Portuqaliya Sevilyada münasibətlərinə aydınlıq gətirəcək. Bu dueldən üzüağ çıxacaq tərəf növbəti mərhələdə İtaliyaya rəqib olacaq.

AVRO-2020

1/8 final

27 iyun

20:00. Niderland – Çexiya

Baş hakim: Sergey Karasyov (Rusiya)

Budapeşt. “Puşkaş Arena”

23:00. Belçika – Portuqaliya

Baş hakim: Feliks Brix (Almaniya)

Sevilya. “Kartuya” stadionu


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!