Avro-2020: Bakıya Uelsdən 1000 nəfər azarkeşin gəlməsi gözlənilir

saytların hazırlanması

Evə çatdırılma

Avro-2020: Bakıya Uelsdən 1000 nəfər azarkeşin gəlməsi gözlənilir

İdman

18 May 2021 12:32 1293


Avro-2020-nin qrup mərhələsindəki ilk iki oyununu Bakıda keçirəcək Uels yığması paytaxtımızda dəstəksiz qalmayacaq.

Yenisabah.az xəbər verir ki, 1000 azarkeşin yığmaya dəstək olmaq üçün Bakıya gəlməsi gözlənilir. Onların koronavirus pandemiyası ilə bağlı bütün tələbləri yerinə yetirməyə hazır olduğu vurğulanıb.

Uels Futbol Federasiyası isə azarkeşlərdən  Azərbaycan və İtaliyada keçiriləcək Avro-2020 oyunlarına səyahətlə bağlı İngiltərə hökumətinin xəbərdarlıqlarına qulaq asmağa çağırıb. İki ölkə Uels və İngiltərə hökumətlərinin sərt karantin qaydaları olan ölkələrin qırmızı siyahısında olduğu üçün azarkeşlərin Azərbaycan və İtaliyaya getməməsi tövsiyə olunub. Toyuqlu pizza

Qeyd edək ki, Uels yığması iyunun 12-də İsveçrə, 16-da Türkiyə ilə Bakı Olimpiya Stadionunda, ayın 20-də İtaliya ilə Roma Olimpiya Stadionunda üz-üzə gələcək.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!