Avro-2020-də 1/8 finalçılar müəyyənləşdi

saytların hazırlanması

Evə çatdırılma

Avro-2020-də 1/8 finalçılar müəyyənləşdi

İdman

24 İyun 2021 01:17 1412


Bu gün Avro-2020-də qrup mərhələsinə yekun vurulub.

Yenisabah.az xəbər verir ki, son oyunlar “ölüm qrupu” sayılan F qrupunda baş tutub. Son dünya çempionu Fransa son Avropa çempionu Portuqaliya ilə qarşılaşıb. Ronaldo və Benzemanın dublu komandaların hər birinə 1 xal qazandırıb. Digər matç isə olduqca gərgin alınıb. Macarıstan  Münhendə Almaniya ilə qarşılaşmada iki dəfə hesabda önə keçsə də, üstünlüyü qoruya bilməyib. Oyun 2-2 hesabi ilə başa çatıb.

Bu nəticələrdən sonra Almaniya və Portuqaliya da pley-offa yüksəlib. Macarıstan millisi isə 2 xalla qrup sonuncusu olub və turnirlə vidalaşıb. Sezar pizza

Beləliklə, İtaliya, Uels, Belçika, Danimarka, Niderland, Avstriya, İngiltərə, Xorvatiya, İsveç, İspaniya, Fransa, Almaniya milliləri qrupda ilk yerləri tutmaqla, İsveçrə, Ukrayna, Çexiya və Portuqaliya yığmaları isə ən yaxşı 3-cü yerin sahibi kimi 1/8 finala yüksəlib.

 

23 iyun

Avro-2020

3-cü tur

 

F qrupu

23:00. Almaniya - Macarıstan - 2:2

Qol: Havertz, 66,  Qoretska, 83 - Szalay, 11, Şafer, 68

Baş hakim: Sergey Karasyov (Rusiya)

Münhen. “Allyans Arena”

23:00. Portuqaliya – Fransa - 2:2

Qol: Ronaldo, 31-pen., 60-pen. , - Benzema, 45+2-pen., 47 

Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)

Budapeşt. “Puşkaş Arena”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!