AVRO-2020-də Eriksenin həyatını xilas edənlər mükafatlandırıldı

saytların hazırlanması

Evə çatdırılma

AVRO-2020-də Eriksenin həyatını xilas edənlər mükafatlandırıldı

İdman

26 Avqust 2021 21:04 850


Çempionlar Liqasının 2021/22 mövsümünün qrup mərhələsinin püşkatması prezident mükafatının təqdimatı ilə başlayıb.

Yenisabah.az xəbər verir ki, qurumun prezidenti Aleksandar Çeferin AVRO-2020-nin oyunu zamanı huşunu itirən Kristian Erikseni xilas edən həkimləri mükafatlandırıb.

Meydanda ona yardım edən həkimlər Moqens Kroytsfeldt, Frederik Flensted, Anders Boesen, Peder Ersqor, UEFA-nın arenadakı həkimi Yens Kleynefeld, Valentin Velikov, Danimarka yığmasının həkimləri Morten Skyoldaqer və Morten Boesen mükafat alıb. Millinin kapitanı Simon Kyaerin özünü komanda yoldaşına yetirib ilk yardımı etməsi də diqqətdən kənar qalmayıb və o da mükafatlandırılıb. pizza hut

Xatırladaq ki, Kristian Eriksen Finlandiya ilə qrupda ilk turun oyununda (0:1) huşunu itirərək yerə yıxılıb. Daha sonra o, xəstəxanaya aparılıb və bir daha oyunlara çıxmayıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!