AVRO-2020: Finlandiya Danimarkaya qalib gəldi

saytların hazırlanması

Evə çatdırılma

AVRO-2020: Finlandiya Danimarkaya qalib gəldi

İdman

12 İyun 2021 23:36 1569


AVRO-2020-də qrup mərhələsinin I turunun daha bir oyunu başa çatıb.

Yenisabah.az xəbər verir ki, B qrupunun ilk matçında Danimarka Finlandiya ilə üz-üzə gəlib.

Kopenhagendə keçirilən matç xoşagəlməz hadisə ilə əlamətdar olub. Meydan sahiblərinin futbolçusu Kristian Eriksen ürək dayanması səbəbindən huşunu itirərək yerə yıxılıb. Bu səbəbdən 42-ci dəqiqədə dayandırılan görüş təxminən 2 saat sonraya təxirə salınıb. Sezar pizza

Qolsuz uzun fasiləyə çəkilən komandaların duelinin taleyi ikinci hissədə həll olunub. Çempionatın debütantı olan Finlandiya Joel Pohyanpalonun qolu ilə hesabda önə keçib. Bu, indiyədək dünya və Avropa çempionatlarında iştirak etməyən “suomilər”in böyük turnirlərdə ilk qolu olub. Lakin qol müəllifi Erilsenə görə sevincini qeyd etməyib.

Danimarkalılar penalti şansı qazansa da, hesabda tarazlıq yarada bilməyiblər. Üstünlüyünü qoruyan finlandiyalılar AVRO-2020-nin ilk sensasiyasına imza atıb.

Qeyd edək ki, B qrupunda I turun digər görüşündə Belçika və Rusiya qarşılaşır.

AVRO-2020

12 iyun

I tur, B qrupu

20:00. Danimarka – Finlandiya - 0:1

Qol: Joel Pohyanpalo, 59

74-cü dəqiqədə Pyer Emil Hoybyerq penaltidən yararlana bilməyib.

Baş hakim: Antoni Teylor (İngiltərə)

Kopenhagen. “Parken” stadionu

/Apasport.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!