Bu gün Avro-2020-də 1/8 final mərhələsinə yekun vurulacaq.
Yenisabah.az xəbər verir ki, günün ilk matçında İngiltərə "Uembli"də Almaniya ilə üz-üzə gəlib. İngilislər 2:0 hesablı qələbə ilə 1/4 finala yüksəlib.
Günün son matçında isə İsveç Ukrayna ilə qarşılaşacaq. İngiltərənin 1/4 finaldakı rəqibi məhz bu oyunda müəyyənləşəcək. Dördpendirli pizza
Qeyd edək ki, 1/4 final mərhələsinin daha 3 görüşünün tərkibi belədir: İsveçrə - İspaniya, Belçika - İtaliya, Çexiya - Danimarka.
29 iyun
Avro-2020, 1/8 final mərhələsi
20:00. İngiltərə - Almaniya - 2:0
Qollar: Sterlinq, 75, Keyn, 86
Baş hakim. Denni Makkeli (Niderland)
London. "Uembli" stadionu
Telegram kanalımız