AVRO-2020: İngiltərə finalda İtaliyanın rəqibi oldu

saytların hazırlanması

Evə çatdırılma

AVRO-2020: İngiltərə finalda İtaliyanın rəqibi oldu

İdman

08 İyul 2021 01:40 1291


Bu gün Avro-2020-nin ikinci finalçısı da məlum olub.

Yenisabah.az xəbər verir ki, yarımfinalın digər matçında İngiltərə və Danimarka milliləri qarşılaşıb.

Londondakı “Uembli” stadionunda keçirilən oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda isə Harri Keynin "11 metrlik" cərimə zərbəsindən vurduğu qolla ingilislər finala yüksəliblər. Dominos pizza

Beləliklə, iyulun 11-də oynanılacaq final matçında İtaliya və İngiltərə yığmaları qarşılaşacaq. "Uembli" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

  

7 iyul

Avro-2020, yarımfinal

23:00. İngiltərə - Danimarka - 2:1

Qollar: Kaer, 39-avtoqol, Keyn, 104 - Damsqaard, 30 

Baş hakim: Danni Makkeli (Niderland)

London. “Uembli” stadionu


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!