AVRO-2020: İngiltərə qrup lideri oldu, Xorvatiya və Çexiya 1/8 finalda

saytların hazırlanması

Evə çatdırılma

AVRO-2020: İngiltərə qrup lideri oldu, Xorvatiya və Çexiya 1/8 finalda

İdman

23 İyun 2021 01:16 1352


Avro-2020-nin qrup mərhələsi davam edir.

Yenisabah.az xəbər verir ki, D qrupun son matçları keçirilib.

Çexiya İngiltərə ilə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub. İngiltərə bu qələbə ilə xalını 7-yə yüksəldərək qrup birincisi olub. Sezar pizza

Xorvatiya isə Şotlandiya ilə qarşılaşıb. 3:1 hesabı ilə qalib gələn xorvatlar Çexiya ilə eyni - 4 xala malik olmalarına baxmayaraq rəqiblərini top fərqində qabaqlayaraq qrup ikincisi kimi 1/8 finala yüksəliblər.

Çexiya isə qrupu 3-cü pillədə tamamlayıb. Buna baxmayaraq, Çexiya millisi də qruplarında üçüncü yeri tutan Ukrayna və Finlandiya yığmalarından daha çox xal topladığı üçün turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.

Avro-2020, 3-cü tur

D qrupu

23:00. Çexiya - İngiltərə - 0:1

Qol: Sterlinq, 12

Baş hakim: Artur Diaş (Portuqaliya)

London. "Uembli" stadionu

 

23:00. Xorvatiya - Şotlandiya - 3:1

Qollar: Vlaşiç, 17, Modriç, 62, Perişiç, 77 - Makqreqor, 42

Baş hakim: Fernando Rapallini

Qlazqo. "Hempden Park" stadionu


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!