Bu gün Avro-2020-də 1/4 final mərhələsinə start verilib.
Yenisabah.az xəbər verir ki, İsveçrə İspaniya ilə üz-üzə gəlib. Matçın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Əlavə edilmiş 30 dəqiqə ərzində də komandalar fərqlənə bilməyib. Oyunsonrası penaltilər seriyasında isə ispanlar daha dəqiq olublar - 3:1.
Günün digər oyununda isə Belçika İtaliya ilə qarşılaşacaq. Bu matçın qalibi yarımfinalda İspaniya ilə qarşılaşacaq. Dördpendirli pizza
Qeyd edək ki, sabah keçiriləcək iki görüşlə 1/4 finala yekun vurulacaq.
Avro-2020, 1/4 final
2 iyul
20:00. İsveçrə - İspaniya - 1:1 (Penaltilər seriyası - 1:3)
Qollar: Şakiri, 68 - Zakariya, 8-avtoqol
Qırmızı vərəqə: Freuler, 78 (İsveçrə)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Sankt-Peterburq, "Sankt-Peterburq Arena"
Telegram kanalımız