AVRO-2020: İsveç, İspaniya və Ukrayna 1/8 finalda

saytların hazırlanması

Evə çatdırılma

AVRO-2020: İsveç, İspaniya və Ukrayna 1/8 finalda

İdman

23 İyun 2021 22:21 1201


Bu gün Avro-2020-də qrup mərhələsinə yekun vurulacaq.

Yenisabah.az xəbər verir ki, E qrupunda İspaniya Slovakiya ilə qarşılaşıb və rəqibini darmadağın edib - 5:0. Qrupunun digər matçında İsveç Polşa ilə üz-üzə gəlib və 3:2 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra İsveç 7 xalla qrup 1-cisi, İspaniya isə 5 xalla qrup 2-cisi kimi 1/8 finala yüksəlib.

Slovakiya isə 3 xalla qrup 3-cüsü olub. Yığma digər qrupların 3-cü pillədə yer alan milliləri müqayisədə top fərqinə görə geri qaldığı üçün turnirlə vidalaşıb.  Dördpendirli pizza

Bu qrupdakı nəticələr C qrupunda mübarizə aparan Ukraynaya sərf edib. Andrey Şevçenkonun baş məşqçi olduğu komanda dörd ən yaxşı qrup üçüncüsündən biri kimi mərhələ adlayıb.

23 iyun

Avro-2020

3-cü tur

E qrupu

20:00.Slovakiya – İspaniya - 0:5

Qollar: Dubravka, 30-avtoqol, Emerik Lyaport, 45+3, Pablo Sarabiya, 56, Ferran Torres, 67, Kuçka, 71-avtoqol

Reallaşdırılmayan penalti: Alvaro Morata, 12 (İspaniya) - qapıçı

Baş hakim: Byörn Kuypers (Niderland)

Sevilya. “Kartuya” stadionu

20:00. İsveç - Polşa - 3:2

Qollar: Forsberq,  2, 59, Klaesson, 90+4 - Levandovski, 61, 84

Baş hakim: Maykl Oliver (İngiltərə)

Sankt-Peterburq. “Sankt-Peterburq” stadionu


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!