AVRO-2020: Niderland və Avtriya “pley-off”da

saytların hazırlanması

Evə çatdırılma

AVRO-2020: Niderland və Avtriya “pley-off”da

İdman

21 İyun 2021 22:10 1118


AVRO-2020-nin qrup mərhələsi davam edir.

Yenisabah.az xəbər verir ki, 11-ci oyun günündə nəzərdə tutulan 4 qarşılaşmadan 2-si başa çatıb.

C qrupunda 1/8 finala vəsiqəni təmin edən Niderland Şimali Makedoniya ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gələrək qrupu 1-ci pillədə tamamlayıb. Niderland "pley-off"da D, E və ya F qrupunda 3-cü yeri tutan kollektivlə qarşılaşacaq. Bu qrupun digər görüşündə isə Avstriya Ukraynanı 1:0 hesabı ilə məğlub edərək qrup 2-cisi kimi 1/8 finala yüksəlib. Komanda bu mərhələdə A qrupunun 1-cisi İtaliya ilə üz-üzə gələcək. Dördpendirli pizza

B qrupunda Rusiya Danimarka ilə, Finlandiya Belçika ilə qarşılaşacaq.

AVRO-2020, 3-cü tur

21 iyun

C qrupu

20:00. Ukrayna - Avstriya - 0:1

Qol: Baumqartner, 21

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Buxarest. “Nasional” stadionu

 

20:00. Şimali Makedoniya - Niderland - 0:3

Qollar: Memfis Depay, 24, Veynaldum, 51, 58

Baş hakim: İştvan Kovaç (Rumıniya)

Amsterdam. “Yohan Kroyf Arena”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!