AVRO-2020-nin bütün matçlarına bu ölkə ev sahibliyi etməyə hazırdır

saytların hazırlanması

Evə çatdırılma

AVRO-2020-nin bütün matçlarına bu ölkə ev sahibliyi etməyə hazırdır

İdman

02 Mart 2021 10:09 672


İngiltərə bu il keçiriləcək futbol üzrə Avropa çempionatının bütün oyunlarına ev sahibliyi etməyə hazırdır.

Yenisabah.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Boris Conson açıqlama verib.

O, nəzərdə tutulandan başqa, digər oyunları da İngiltərədə keçirməyə hazır olduqlarını vurğulayıb. Dominos pizza

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan AVRO-2020 koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020 Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərlərində təşkil olunmalıdır.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Təqvimə əsasən, Londondakı "Uembli" stadionu D qrupunda İngiltərə millisinin hər 3 oyununa, eləcə də 1/8 final, iki yarımfinal qarşılaşması və iyulun 11-də final matçına ev sahibliyi etməlidir. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!