Avropa çempionatının bütün iştirakçılarının adına aydınlıq gəlib.
Yenisabah.az xəbər verir ki, bu gün keçirilən pley-off oyunlarının ardından son 4 komanda bilinib.
Bunlar Şimali Makedoniya, Macarıstan, Slovakiya və Şotlandiyadır. Adıçəkilən komandalar Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna, Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland, Rusiya, Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya, Uels və Finlandiya ilə final mərhələsində yer alacaqlar. Marqarita pizza
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən 2021-ci ilin yayına təxirə salınan AVRO-2020-nin matçları Bakı da daxil olmaqla qitənin 12 şəhərində baş tutmalıdır.
Telegram kanalımız