“Avro-2020“-nin oyunlarının çoxu İngiltərədə keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

“Avro-2020“-nin oyunlarının çoxu İngiltərədə keçiriləcək

İdman

22 Aprel 2021 16:22 559


Avro-2020-nin daha çox oyunu İngiltərədə keçiriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.  UEFA İngiltərə Futbol Assosiasiyasının  Avropa Superliqasına qarşı mübarizədə iştirakına görə təşəkkür olaraq bu qərarı qəbul edəcək.

Dünən Bilbao Avro-2020-nin ev sahibi şəhərlər siyahısından çıxarılıb. Dublin və Münhenin turnir oyunlarına ev sahibliyi etməyə hazırlığı da sual altında qalır. Dördpendirli pizza

Qeyd edək ki, Avropa çempionatı bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Sankt-Peterburq, London, Bakı, Roma, Buxarest, Kopenhagen, Amsterdam, Qlazqo və Budapeşt kimi şəhərlərin ev sahibliyi etmək qabiliyyətinə zəmanət verilib.

Londondakı "Uembli" stadionu D qrupunun oyunları ilə yanaşı, 1/8 final oyunu, yarımfinal qarşılaşmaları və iyulun 11-də final matçına ev sahibliyi etməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!