“Avro-2020“nin favoriti hansı ölkədir?   - Mançini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

“Avro-2020“nin favoriti hansı ölkədir? - Mançini açıqladı

İdman

08 İyun 2021 15:07 835


İtaliya millisinin baş məşqçisi Roberto Mançini Avro-2020 öncəsi ən güclü rəqiblərinin adını açıqlayıb.

Yenisabah.az UEFA-nın saytına istinadən xəbər verir ki, o, Fransa yığmasını fərqləndirib: "Bu turnirdə çox yaxşı komandalar var. Ancaq  birinin adını çəkməli olsaydım, bəlkə də Fransanı seçərdim, çünki onlar dünya çempionudurlar. 2018-ci ildə keçirilən dünya çempionatında qalib gələn çox gənc komandaya sahibdirlər, indi daha da güclüdür. Fikrimcə, onlarla yalnız finalda görüşə bilərik. Ümid edirəm ki, həlledici görüşdə Fransa ilə  oynayacağıq".

Qeyd edək ki, İtaliya millisi qrup mərhələsində Türkiyə, İsveçrə və Uels komandalarına qarşı oynayacaq. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!