AVRO-2024-də sürpriz nəticələr - Türkiyə millisindən nə gözləyək?

saytların hazırlanması

Evə çatdırılma

AVRO-2024-də sürpriz nəticələr - Türkiyə millisindən nə gözləyək?

İdman

20 İyun 2024 17:04 684


Avropa çempionatının qrup mərhələsinin ilk turunun yekunlarına əsasən, bəzi milli komandalar gözlənilməz nəticələrə imza atıb. Belə ki, turnirin güclü yığmalarından hesab olunan və favoritlər sırasında yer alan Xorvatiya və Belçika milliləri çempionata məğlubiyyətlə başlayıb. 

Oynadığı hər iki oyunda inamlı qələbə qazanan ev sahibi Almaniya seçməsi isə hazırki vəziyyətdə turnirin ən ciddi favoriti hesab olunur. İlk oyunlardan sonra qardaş Türkiyə millisi də çempionata Gürcüstan üzərində 3-1 hesablı inamlı qələbə ilə başladı. Bəs çempionatın növbəti turlarında gedişat necə ola bilər? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan idman jurnalisti, şərhçi Ramiz Mirzəzadə bildirib ki, növbəti oyunlardan asılı olaraq, turnirin aşkar favoritləri tam dəqiqləşəcək:  Toyuqlu pizza

“Hələki ciddi favorit kimi Almaniya millisi görünür. Çünki onlar artıq 2 oyun keçirib və hər ikisində inamlı qələbə qazanıb. Bugünki oyunda İngiltərə Danimarka üzərində inamlı qələbə qazana bilsə, onları da ciddi favorit hesab etmək olar. Turnirdə gözlənilməz nəticələr də var. Məsələn, Xorvatiya millisi 2 oyuna cəmi 1 xal qazana bilib. Belçika seçməsi də ilk turdan sonra Avropa çempionatına uğurlu start verə bilmədi. Mən turnir öncəsi Portuqaliya və İngiltərəni favorit olaraq görürdüm. Əlbəttə, bu siyahıya Fransanı, Almaniyanı da əlavə etmək olar. İspaniya isə ilk oyunda xorvatlar üzərində 3-0 hesabı ilə inamlı qələbə qazansa da, amma İtaliya millisi ilə oyundakı çıxışları sual doğurur. İlk turdan sonra, hansısa komanda ilə bağlı tam ciddi və yekun rəy bildirmək olduqca çətindir. Bu baxımdan ikinci turun nəticələrini gözləmək lazımdır”. 

Ramiz Mirzəzadə ilk turdakı qələbəyə baxmayaraq, Türkiyə millisində bəzi çatışmazlıqların olduğunu diqqətə çatdırıb: 

“Türkiyə milli komandası ilk oyunda turnirin debütantı Gürcüstan üzərində qələbə qazandı. Meydandakı futbolçuların mübarizəsi baxımından gürcülər daha yaxşı mübarizə aparsalar da, amma istər təcrübə, istərsə də futbolçuların keyfiyyəti baxımından türklər açıq-aşkar üstün idi. Bu səbəbdən də qələbəni təmin etdilər. Amma etiraf edək ki, bu kövrək qələbə idi. Ona görə də, bu qələbə üzərindən böyük xəyallar inşa etmək olduqca çətindir.  İkinci və üçüncü turun oyunlarında Türkiyə millisi xüsusən, müdafiə xəttində güclü sistem qura bilsə, hansısa nəticə əldə edə bilər. İndiki vəziyyətdə türklər qrupdan növbəti mərhələyə adlasa, bu artıq işin öhdəsindən gəlmək kimi qiymətləndirilə bilər. Çünki Türkiyə millisi çox gənc futbolçulardan ibarətdir və komanda uzun müddətdir uğur qazana bilmir. Buna görə də onlar inamlı mübarizə aparıb azarkeşləri inandırmalıdırlar”. 

Nazim Hacıyev 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!