AVRO-2024-ün yarımfinalında İspaniya və Fransa yığmaları qarşılaşıb.
Yenisabah.az xəbər verir ki, oyunda bütün qollar ilk hissədə vurulub.
Fransızlar oyunun əvvəlində hesabı açsalar da, üstünlüklərini qoruya bilməyiblər. İspaniya millisi 4 dəqiqəyə iki qol vuraraq fasiləyə üstün yollanıb. Sezar pizza
Fasilədən sonra fransızların hesabı bərabərləşdirmək cəhdləri uğursuz alınıb.
Qeyd edək ki, İspaniya yığması finalda bu gün keçiriləcək digər yarımfinalın Niderland - İngiltərə görüşünün qalibi ilə qarşılaşacaq.
Telegram kanalımız